...

Lavrov: Rusiya Suriyadakı vəziyyəti nizama salınması üzrə konfransda İranın iştirakını tələb edir

Siyasət Materials 16 May 2013 22:47 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Serqey Lavrov cümə axşamı jurnalistlərə bildirib ki, Rusiya Suriyadakı vəziyyəti nizama salınması üzrə beynəlxalq konfransda İranın iştirakını təkidlə tələb edir.
Lavrov: Rusiya Suriyadakı vəziyyəti nizama salınması üzrə konfransda İranın iştirakını tələb edir

Azərbaycan, Bakı, 16 may /Trend/

Rusiyanın xarici işlər naziri Serqey Lavrov cümə axşamı jurnalistlərə bildirib ki, Rusiya Suriyadakı vəziyyəti nizama salınması üzrə beynəlxalq konfransda İranın iştirakını təkidlə tələb edir. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Biz əminik ki, iştirakçıları ötən ildə Genevrədə keçirilən konfransın siyahısı əsasında dəvət etmək, eləcə də Suriyanın bütün qonşularını, İran daxil olmaqla iştirakını mütləq təmin etmək lazımdır ", - Lavrov deyib.

" Əgər biz ciddi işlə məşğul oluruqsa, onda ideoloji və ya geosiyasi meylləri rəhbər tutmayaraq, bütün əsas nüfuzlu xarici oyunçuların konfrans iştirakçıları arasında görmək lazımdır. Həmçinin Səudiyyə Ərəbistanını da çağırmaq lazımdır", - nazir əlavə edib.

Lavrov bildirib ki, Suriya müxalifətinin vahid yeri olmadığından, onlar gələn həftə bir neçə yerdə görüşəcəklər.

" Əsas odur ki, müxalifətçilərdən nümayəndə heyətinin tərkibini almaqdır. Biz onu alandan sonra, konfransın bütün iştirakçı heyəti təyin ediləcək", - nazir deyib.

Qarşıdakı konfransın səviyyəsi haqqında suala cavab verərək, Lavrov deyib: "Yüksək səviyyə olmayacaq".

Xəbər lenti

Xəbər lenti