Azərbaycan, Bakı, 18 may /Trend/
Fransa İranın Suriya ilə bağlı beynəlxalq konfransda iştirakına qarşı çıxdı. Trend-in RBK-ya istinadən verdiyi xəbərdə deyilir ki, bunu Fransanın xarici işlər naziri Filip Lalo bildirib.
O vurğulayıb ki, Fransaya gəlincə, "biz İranın istənilən halda iştirakına qarşı çıxırıq".
Qeyd edək ki, Soçidə BMT-nin Baş katibi Pan Gi Munla görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya ilə bağlı keçiriləcək konfransda İranın və Səudiyyə Ərəbistanın iştirakının vacibliyini irəli sürüb.