Azərbaycan, Bakı, 21 may /Trend/
Müxalifət lideri, hüquq müdafiəçisi və Suriya müxalifəti tərəfindən ələ keçirilmiş Raqa şəhərinin keçmiş dissidenti oğurlanıb. Bu barədə Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.
Suriya İnsan Hüquqları Təşkilatına vəkil, hüquq müdafiəçisi və Suriya müxalifəti tərəfindən ələ keçirilmiş Raqa şəhərinin başçısı Abdullah əl-Xəlilin silahlı qrup tərəfindən girov götürüldüyü məlum olub.
Təşkilat hadisəni pisləyib və müxalifət liderinin dərhal azad edilməsini tələb edib.
Əl-Xəlilin bazar günü səhər Raqada yerli şuranın mənzil-qərargahını tərk etdikdən sonra girov götürüldüyü bildirilir.