Azərbaycan, Bakı, 21 may /Trend/
İspaniya Krallığının müdafiə naziri cənab Pedro Morenes Alvaro de Eulaten və Krallığın Müdafiə Qərargahının rəisi admiral Fernando Qarsia Sançesin də daxil olduğu nümayəndə heyətinin bu gün Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb.
Müdaifə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, protokola uyğun olaraq sabah onların rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.