...

Səfir: Əfqanıstan Azərbaycana ölkəni Avropa ilə birləşdirən dəhliz kimi baxır

Siyasət Materials 22 May 2013 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Mehdiyev /

Əfqanıstan ölkəni Avropa ilə birləşdirəcək imkanları araşdırır və bu konteksdə Azərbaycan Kabil üçün əhəmiyyətli rol oynayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Əfqanıstanın Azərbaycandakı səfiri Humayun Tandar bildirib.

Səfirin sözlərinə görə, Əfqanıstan bununla bağlı dost ölkələrin hökumətləri ilə danışıqlar aparır. Söhbət, əsasən Əfqanıstan yüklərinin tranziti və enerji dəhlizlərinin yaradılması üçün Azərbaycanın ərazisindən istifadə edilməsindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti