...

Ərdoğan müxalifət liderini məhkəməyə verib

Siyasət Materials 24 May 2013 11:16 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onu Suriya Prezidenti Bəşər Əsədlə müqayisə etdiyinə görə müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.
Ərdoğan müxalifət liderini məhkəməyə verib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan onu Suriya Prezidenti Bəşər Əsədlə müqayisə etdiyinə görə müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, Ərdoğanın Kılıçdaroğluna qarşı tələbində bildirilir ki, Baş nazir ona dəyən mənəvi zərərə görə bir milyon türk lirəsi həcmində kompensasiya tələb edir.

Türkiyənin Baş nazirinin vəkilləri Kılıçdaroğlunun Ərdoğanı Reyhanlıda törədilən terror aktında 51 nəfərin ölməsində günahlandırmasından sonra məhkəməyə müraciət edib. Bundan əlavə, Kılıçdaroğlu bildirib ki, Ərdoğanda Əsəd kimi antidemokratik siyasət yürüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti