...

Əhməd Vəhidi: İran Suriyaya hərbi qüvvələr göndərməyib və göndərməyəcək

Siyasət Materials 25 May 2013 17:35 (UTC +04:00)
İran İslam Respublikası Suriyaya hərbi qüvvələr göndərməyib və göndərməyəcək.
Əhməd Vəhidi: İran Suriyaya hərbi qüvvələr göndərməyib və göndərməyəcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikası Suriyaya hərbi qüvvələr göndərməyib və göndərməyəcək. Trend ISNA agentliyinə istinadən məlumat verir ki, bunu İranın müdafiə naziri Əhməd Vəhidi bəzi xəbər saytlarında İranın Suriyaya hərbçilər göndərməsi ilə bağlı yayılan məlumatlara cavab olaraq deyib.

Vəhidi bildirib ki, İranın sülh yönlü siyasəti və xeyirxah əməlləri olmasaydı, terrorçuları dəstəkləyən dövlətlər Suriyada qan dənizi yaradardılar.

Onun sözlərinə görə, İraqda, Əfqanıstanda cinayətlər törətmiş, Fələstində və Livanda sionistləri dəstəkləyən ölkələr regionu müharibə meydanına çeviriblər və onların Yaxın Şərqdə müharibələrin davam etdirilməsindən başqa məqsədləri yoxdur.

Vəhidi əlavə edib ki, Qərb ölkələri, xüsusilə ABŞ regionda müharibələri alovlandırmaqla silah satışını artırmaq və öz böhranlı iqtisadiyyatlarını xilas etmək niyyətindədirlər: "Biz onları tərslik, cəlladlıq, terrorçuluq və vəhşilikdən əl çəkməyə çağırırıq. Region xalqlarının səbrinin də həddi var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti