Azərbaycan, Bakı, 27 may /Trend/
Avropa Birliyinin xarici işlər nazirləri Suriya müxalifətinə silah satışına embarqo qoymaqla bağlı ortaq məxrəcə gəlməyiblər. Trend RİA Novostiyə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Loran Fabius deyib.
"Razılıq əldə olunmayıb" - deyən XİN rəhbəri Rusiya və ABŞ xarici siyasət dairələrinin başçılarının görüşündə iştirak etmək üçün Parisə gedib.
Qeyd edək ki, AB-nin Suriya müxalifətinə silah satışı ilə bağlı tətbiq etdiyi sanksiyanın müddəti mayın 31-də bitir.