...

28 May - Respublika Günü münasibətilə İsveçrədə rəsmi ziyafət təşkil edilib (FOTO)

Siyasət Materials 28 May 2013 13:57 (UTC +04:00)
İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib.
28 May - Respublika Günü münasibətilə İsveçrədə rəsmi ziyafət təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, təqribən 300 qonağın qatıldığı tədbirdə İsveçrənin federal və kantonal strukturlarının rəsmiləri, Berndə akkreditə olunmuş diplomatik korpus, ölkə ictimaiyyətinin tanınmış simaları, biznes dairələrinin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Ziyafətdə istedadlı pianoçu Emil Muradovun ifasında Azərbaycanın milli musiqisi səsləndirilib, müasir Azərbaycanın görüntülərindən ibarət videoçarx nümayiş etdirilib və milli mətbəximizin ləziz təamları qonaqlara təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti