Azərbaycan, Bakı, 30 may /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da BMT Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasseri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə BMT-nin ayrı-ayrı strukturları, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı məmnunluqla vurğulandı, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir-birinə yaxınlaşmasında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olundu və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.