...

ABŞ Dövlət Departamenti: Azərbaycan terror təşkilatlarına aktiv müqavimət göstərir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 31 May 2013 10:00 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqaz ərazisi vasitəsilə insanları, pulu və əşyaları daşımaq istəyən terror təşkilatlarının cəhdlərinə qarşı aktiv müqavimət göstərir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 2012-ci ilə aid hesabatında bildirilir.
ABŞ Dövlət Departamenti: Azərbaycan terror təşkilatlarına aktiv müqavimət göstərir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E. Tariverdiyeva/

Azərbaycan Cənubi Qafqaz ərazisi vasitəsilə insanları, pulu və əşyaları daşımaq istəyən terror təşkilatlarının cəhdlərinə qarşı aktiv müqavimət göstərir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 2012-ci ilə aid hesabatında bildirilir.

Dövlət orqanının cümə axşamı saytında yayımlanan hesabatında bildirilib ki, ölkə terrorizmlə mübarizədə öz səylərini möhkəmləndirməkdə davam edib və terror vasitəçilərinin aradan qaldırlmasında və onların fəaliyyətinə mane olmaqda müvəffəqiyyət qazanıb.

Hesabatda Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bəzi ekstremist qrupların üzvlərinin və terrorizmdə şübhəli bilinən şəxslərin saxlanılması hallarına, həmçinin Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi zamanı terror aktlarının qarşısının alınmasına da yer verilib.

"Azərbaycan pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (Moneyval), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) üzvüdür. Azərbaycan pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə məsələlərin bütün spektrini həll edərək Moneyval-la işləməyə davam edir".

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti aktivlərin dərhal dondurulmasına icazə verən qanunvericiliyə malikdir və parlamentə aktivlərin müsadirəsi və dondurulmasının sadələşdirilməsi üzrə əlavə tədbirləri nəzərdə tutan qanun təqdim edib:

"2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi müddəti başlayıb və BMT TŞ-in terrorizmlə mübarizə ilə bağlı bir neçə müxtəlif qətnamələrini dəstəkləyib".

Hesabatda bildirilir ki, Azərbaycan ötən ilin mayında BMT Təhlükəsizlik Şurasında sədrlik edib, ölkə, həmçinin İstanbulda terrorizmə qarşı mübarizə tədbirlərinin möhkəmləndirilməsi prosesində iştirak edib. Azərbaycan, o cümlədən mütəşəkkil cinayətkarlıq, terrorizmə qarşı mübarizə, qaçaqmalçılıq və narkotik alveri və Xəzər dənizində təhlükəsizliyin təmin olunması məqsədilə hüquq-mühafizə orqanlarının səylərinin koordinasiyası üzrə Xəzəryanı dövlətlərin işçi qrupunun iclaslarında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti