...

Metyu Brayza: Qərb Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini Dağlıq Qarabağ üzrə vasitəçilikdən ayırmaqla səhvə yol verdi

Siyasət Materials 7 İyun 2013 14:10 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini Dağlıq Qarabağ üzrə vasitəçilik prosesindən ayırmaqla səhvə yol verdi.
Metyu Brayza: Qərb Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini Dağlıq Qarabağ üzrə vasitəçilikdən ayırmaqla səhvə yol verdi

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbirlər S. Əhmədova, E. Tariverdiyeva/

Avropa İttifaqı (Aİ) və ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini Dağlıq Qarabağ üzrə vasitəçilik prosesindən ayırmaqla səhvə yol verdi. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza bildirib.

Səfir deyib ki, bu iki prosesi bir-birindən ayırdığımız zaman böyük səhvə yol verdik.

Brayzanın sözlərinə görə, əgər proseslərin birində irəliləyiş olardısa, o zaman irəliləyiş paralel olardı.

Brayza bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesi hazırda durğunluq dövründədir, lakin heç bir irəliləyişin olmadığını demək olmaz.

Onun sözlərinə görə, ölkə liderləri nizamlanmanın bir sıra əsas prinsipləri barədə razılığa gəliblər: "Lakin həll edilməsi mümkün olan bəzi əhəmiyyətli məsələlər hələ də qalır".

Brayza bildirib ki, bu münaqişənin həlli üçün iki prezidentin iradəsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti