...

BMT Baş Assambleyasının növbəti sessiyasında GUAM regionunda həlli uzanmış münaqişələr üzrə məsələyə baxılacaq

Siyasət Materials 14 İyun 2013 00:56 (UTC +04:00)
BMT Baş Assambleyası Gürcüstan tərəfindən təqdim olunan Abxaziya və Sxinvali regionu üzrə növbəti qətnamə layihəsini qəbul edib.
BMT Baş Assambleyasının növbəti sessiyasında GUAM regionunda həlli uzanmış münaqişələr üzrə məsələyə baxılacaq

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, müxbir N.Kirsxaliya/

BMT Baş Assambleyası Gürcüstan tərəfindən təqdim olunan Abxaziya və Sxinvali regionu üzrə növbəti qətnamə layihəsini qəbul edib.

Gürcüstan XİN-dən Trend-ə verilən məlumata görə, Rusiya Cenevrə danışıqlarına zərər vurmamaq üçün sənədi dəstəkləməməyə çağırsa da, qətnamə qəbul olunub.

Qətnaməyə 62 ölkə lehinə, 16-sı əleyhinə səs verib, 84-ü isə bitərəf qalıb. Sənəd tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

Qəbul edilmiş qətnamədə, xüsusilə, GUAM regionunda (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) həlli uzanmış münaqişələr barədə məsələnin BMT Baş Assambleyasının növbəti sessiyasının gündəliyinə daxil edilməsi haqqında qərar əks olunub.

Sənəddə qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının vacibliyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti