...

Obamadan Suriya müxalifətinə hərbi dəstək

Siyasət Materials 14 İyun 2013 04:15 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Suriya müxalifətinə hərbi dəstək verilməsi haqqında qərar qəbul edib.
Obamadan Suriya müxalifətinə hərbi dəstək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

ABŞ Prezidenti Barak Obama Suriya müxalifətinə hərbi dəstək verilməsi haqqında qərar qəbul edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib.

O bu dəstəyin detallarını açıqlamayıb.

Rods bəyan edib ki, Prezident müxalifətə böyük miqyasda yardım edilməsi haqqında qərar qəbul edib: "Bu qərar birbaşa ali hərbi komandanlıq dəstəyinin verilməsini nəzərdə tutur. Bura hərbi dəstək daxildir. Mən müxtəlif səbəblərdən bu dəstək barədə ətraflı məlumat verə bilmərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti