...

Milli Şuranın xarici qüvvələrdən dəstək sevdası

Siyasət Materials 27 İyun 2013 13:50 (UTC +04:00)
Milli Şuranın ölkə xaricində təşkilatlanmağa cəhd etməsi onu göstərir ki, onlar daxildən dəstək ala bilmirlər, bunu Trend-ə müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Milli Şuranın xarici qüvvələrdən dəstək sevdası

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın ölkə xaricində təşkilatlanmağa cəhd etməsi onu göstərir ki, onlar daxildən dəstək ala bilmirlər. Bunu Trend-ə müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Cəlaloğlu bildirib ki, Milli Şura hansısa bir xarici gücün layihəsi olduğu üçün həmin güclər Azərbaycanda deyil, başqa ölkələrdə daha asan iş görürlər: "Ancaq məsələ burasındadır ki, xaricdə Milli Şuraya cəlb olunan azərbaycanlılar Azərbaycan vətəndaşları deyillərsə, bunun heç bir əhəmiyyəti yoxdur. Yəni əgər onlar Rusiyanın, Ukraynanın və ya digər ölkənin vətəndaşıdırlarsa, bunun heç bir mənası yoxdur. Çünki burada əsas seçici dəstək verməlidir".

ADP sədri hesab edir ki, Milli Şuranın daxilində ciddi problemlər üzə çıxıb: "Dünənə qədər deyirdilər ki, ABŞ-a dəvət olunmuşuq. Hətta kimlərin gedəcəyini, ayın neçəsi gedəcəklərini demişdilər. Lakin sonra məlum oldu ki, bu fiaskodur, heç bir dəvət yoxdur, bu, yalandır, kiminsə uydurmasıdır, Milli Şuranın nüfuzunu qaldırmaq, onun guya ABŞ-dan dəstəkləndiyini nümayiş etdirmək üçün uydurulmuş bir hadisədir. Və yaxud da deyirdilər ki, guya iyunun 28-i Rüstəm İbrahimbəyov gələcək, Milli Şuranın iclası olacaq. Ancaq məlum oldu ki, Rüstəm İbrahimbəyovun gəlməyi bir tərəfə, ümumiyyətlə Milli Şuranın iclası təxirə salınıb. Bu o deməkdir ki, Milli Şuranın daxilində çox ciddi problemlər meydana çıxıb. Çox güman ki, Milli Şurada bu ziddiyət davam edəcək və onun işi iflic olacaq. Mən ümumiyətlə Milli Şuradan millətimizin və dövlətimizin xeyrinə hansısa bir iş gözləmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti