...

Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 3 İyul 2013 12:34 (UTC +04:00)
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, əvvəlki bina 1970-ci illərin əvvəllərində inşa edilmişdi. Ötən ilin mayından başlayaraq bina və buraya bitişik akt zalı müasir memarlıq üslubunda yenidən qurulmuşdur.

Bir mərtəbə artırılmış binada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılmışdır. Buradakı şərait rayon icra hakimiyyətində "elektron hökumət"in bir çox elementlərinin reallaşdırılmasına imkan vermişdir. Belə ki, elektron kargüzarlıq, sakinlərin müraciət xidməti, sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, elektron xəritə, operativ idarəetmə mərkəzi, elektron köşklər və digər texniki vasitələr icra hakimiyyəti başçısı aparatı əməkdaşlarının səmərəli fəaliyyət göstərməsinə imkan verməklə yanaşı, əhalinin rahatlığını və məmnunluğunu təmin edəcəkdir.

Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, iş otaqlarının arakəsmələrində şəffaf, interyer həllində isə Avropa ölkələrində istehsal olunmuş materiallardan istifadə edilmişdir.

Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 264 yerlik akt zalında müasir avadanlıq quraşdırılmışdır.

Dövlətimizin başçısına rayonda həyata keçirilməsi nəzərdə tutulan işlər barədə elektron xəritə əsasında məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti