Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir S.Əhmədova/
ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti regiona səfəri çərçivəsində Bakıdadır.
Trend-in məlumatına görə, nümayəndə heyətinə Helsinki Komissiyasının həmsədri Kristofer Smit, konqresmen Robert Aderholt və digərləri daxildir.
Səfərin əsas məqsədi ölkədə ictimai və siyasi vəziyyətlə tanış olmaqdır.
Səfər çərçivəsində amerikalı rəsmilər ölkə rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.