...

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatları ilə görüşüb

Siyasət Materials 8 İyul 2013 19:03 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.
Elmar Məmmədyarov Avropa Parlamentinin deputatları ilə görüşüb

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyətini qəbul etmişdir.

XİN-in mətbuat ximdətindən Trend-ə verilən məlumata görə, Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən nazir belə səfərlərin bu münasibətlərə böyük töhfələr verəcəyinə əmin olduğunu bildirmişdir.

Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən E.Məmmədyarov bu münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırmışdır. BMT TŞ-nin dörd məlum qətnaməsinin hələ də yerinə yetirilməməsindən təəssüfləndiyini qeyd edən xarici işlər naziri hazırkı status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir.

Avropa Parlamentinin deputatları Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini və ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd etmişlər.

Görüşdə, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, eləcə də regionda həyata keçirilən nəhəng enerji layihələri ətrafında fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti