Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Nazirlər Kabineti ötən gün Azərbaycanla daha əvvəl birgə təlimlərin keçirilməsi haqqında imzalanan sazişi təsdiqləyib. Bu barədə Trend Türkiyənin "Rəsmi Gazete" qəzetinə istinadən məlumat verib.
Sazişdə bildirilir ki, təlimlər növbəli şəkildə iki ölkədə də keçiriləcək. Təlimləri qəbul edən ölkə onları tamamilə maliyyələşdirəcək.
Yerli və xarici jurnalistlər təlimləri izləyə bilməyəcək. Həmçinin, təlimlərin şəkillərini də yaymaq qadağan olunacaq.