Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iyulun 16-sı axşam saatlarında Azərbaycana səfərə gəlir. Bu barədə Trend-ə açıqlamasında Türkiyə XİN rəhbərinin müşaviri Osman Sərt bildirib.
Onun sözlərinə görə, birgünlük səfər çərçivəsində Türkiyə XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə iftar mərasimində iştirak edəcək.
Davudoğlu Azərbaycanın digər rəsmi şəxsləri ilə də bir sıra görüşlər keçirəcək.