...

Ağ Ev: Snouden ABŞ-a təhvil verilməli və məhkəmə qarşısına çıxarılmalıdır

Siyasət Materials 17 İyul 2013 03:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Ağ Evin rəsmisi Cey Karni deyib ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snouden təhvil verilməli və casusluğa görə, məhkəmə qarşısına çıxarılmalıdır.

Bu barədə Trend RBK-ya istinadən məlumat verib.

"O, insan hüquqları uğrunda mübarizə aparan və dissident deyil. O, gizli informasiyaların yayılmasında ittiham olunur" - deyə Karni əlavə edib.

Xəbər lenti

Xəbər lenti