...

İranda birinci xanımlar yeni partiya yaratmaq haqda məsləhətləşmə aparacaq

Siyasət Materials 21 İyul 2013 10:58 (UTC +04:00)
İranda qadınların problemlərini müzakirə etmək və onların hüquqlarını qorumaq məqsədi ilə bu ölkənin birinci xanımlarının gürşü təşkil olunacaq.
İranda birinci xanımlar yeni partiya yaratmaq haqda məsləhətləşmə aparacaq

Azərbaycan, Bakı, 21 iyul /Trend müxbir T.Cəfərov/

İranda qadınların problemlərini müzakirə etmək və onların hüquqlarını qorumaq məqsədi ilə bu ölkənin birinci xanımlarının görüşü təşkil olunacaq.

Trend-in MEHR xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İranın Zeynəb İslami Birliyinin dəvəti ilə keçirəcək bu tədbirdə birinci xanımlarla yanaşı İranın ziyalı qadınları da iştirak edəcək.

Məlumata əsasən, həmin görüşdə İranda qadınların problemlərini və siyasi fəaliyyətlərində yaranan maneələri aradan qaldırmaq məqsədi ilə İran Qadınları partiyasının yaradılması məsələsi müzakirə olunacaq.

MEHR agentliyinin məlumatına görə, bu partiyanın yaradılması ideyasını İranın sabiq prezidenti və hazırda Məsləhət Şurasının sədri olan Əli Əkbər Haşimi Rəfsəncani irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti