...

Misir Suriya müxalifətinə dəstək verir

Siyasət Materials 22 İyul 2013 00:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Misir Suriya müxalifətinə dəstək verir və xalqın tələblərini dəstəkləyir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Misirin xarici işlər naziri Nəbil Fəhmi deyib.

Məlumatda deyilir ki, Misirin paytaxtı Qahirədə Suriya müxalifətinin rəhbəri Əhməd Asi əl-Carbanı qəbul edən Fəhmi görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, Misir Suriya müxalifətini və xalqın tələblərini dəstəkləyir.

"Qan tökülməsini qınayırıq. Suriya xalqının tələblərinə cavab verəcək demokratik hakimiyyətin qurulmasınadək bu mövqeyimizdə olacağıq" - deyə Fəhmi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti