...

"Əs-Sədri" hərəkatının lideri İraqın Baş nazirinə qarşı üsyana çağırıb

Siyasət Materials 22 İyul 2013 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Tağıyeva/

İraqın "əs-Sədri" siyasi hərəkatının lideri Müqtəda əs-Sədr ölkənin Baş naziri Nuri əl-Malikini istefaya çağırıb. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, əs-Sədr buna səbəb kimi Malikinin ölkədə artan zorakılıq və terror aktları hallarına qarşı mübarizə aparmaq iqtidarında ola bilməməsini göstərib.

Əs-Sədrin bu çağırışı dünən İraqın paytaxtı Bağdadda iki həbsxanaya silahlı hücum edildikdən sonra səsləndirilib. Hücum nəticəsində 3 nəfər ölüb, daha 15 məhbus isə yaralanıb. Məlumata görə, təqribən min məhbus həbsxanadan qaça bilib.

Əs-Sədr iraqlıları əl-Malikiyə və onun hökumətinə qarşı üsyana qalxmağa çağırıb: "əl-Maliki İraqda bu ay ərzində yüzlərlə insanın həyatına son qoyan terror aktlarının qarşısını almaqda acizdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti