...

İstirahət mərkəzində xəsarət alan uşağın anası: İmran Cəfərzadənin müalicəsində göstərdiyi köməyə görə Prezidentə və birinci xanıma minnətdaram (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 İyul 2013 13:52 (UTC +04:00)
Nabranda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış İmran Cəfərzadənin vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi nəzarətindədir.
İstirahət mərkəzində xəsarət alan uşağın anası: İmran Cəfərzadənin müalicəsində göstərdiyi köməyə görə Prezidentə və birinci xanıma minnətdaram (ƏLAVƏ OLUNUB)

Xəsarət alan uşağın anasının fikirləri əlavə olunub (ilk xəbər saat 13:05-də yayılıb)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir M.Əliyev/

Nabranda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış İmran Cəfərzadənin vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi nəzarətindədir. Bu barədə Trend-ə İmran Cəfərzadənin anası Nuridə Cəfərova bildirib.

N.Cəfərova göstərdikləri köməyə görə dövlət başçısı və onun xanımına xüsusi minnətdarlığını bildirib:

"Cənab Prezidentə, onun xanımı Mehriban Əliyevaya böyük minnətdarlığımı bildirirəm. Həmçinin bütün bu vaxtı mənim yanımda olan hər kəsə sonsuz minnətdaram".

Anası İmran Cəfərzadənin vəziyyətinin ağır-stabil olaraq qaldığını bildirib.

Xatırladaq ki, öncə uşağın valideynləri "Facebook" sosial şəbəkəsində məlumat vermişdilər ki, onlar müalicədə köməyə görə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər.

Bu gün məlum olub ki, İmran Cəfərzadənin müalicəsi dövlət hesabına ödəniləcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən öncə Trend-ə verilən məlumata görə, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti