...

Rəsmi Tehran Putinin İrana səfəri barədə məlumatı təsdiq edir

Siyasət Materials 24 İyul 2013 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.Tariverdiyeva/

Rusiyanın Prezidenti Vladimir Putin Xəzər dənizi vasitəsilə gəmi ilə İrana gələcək. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran-Rusiya parlamentlərarası dostluq komitəsinin sədri Mehdi Sənai deyib.

Onun sözlərinə görə, Putin Tehrana səfəri çərçivəsində İranın yeni seçilmiş dövlət başçısı Həsən Ruhani ilə görüşəcək.

Sənai qeyd edib ki, səfər zamanı beynəxalq, regional və ikitərəfli məsələlər müzakirə ediləcək: "İki ölkə İranın nüvə problemi üzrə koordinasiyanı artırmalıdır".

Onun sözlərinə görə, həmçinin İran və P5+1 ölkələri arasında danışıqların gündəliyinə dəyişikliklər məsələsi müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti