...

Suriya müxalifəti "Cenevrə 2"-də iştirakla bağlı şərtlərini irəli sürüb

Siyasət Materials 26 İyul 2013 22:08 (UTC +04:00)
Suriya müxalifəti "Cenevrə 2"-də iştirakla bağlı şərtlərini irəli sürüb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Suriya müxalifətinin nümayəndə heyəti BMT TŞ-nin üzvləri ilə qeyri-formal görüş keçirib.
Suriya müxalifəti "Cenevrə 2"-də iştirakla bağlı şərtlərini irəli sürüb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Suriya müxalifəti "Cenevrə 2"-də iştirakla bağlı şərtlərini irəli sürüb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Suriya müxalifətinin nümayəndə heyəti BMT TŞ-nin üzvləri ilə qeyri-formal görüş keçirib.

Məlumatda deyilir ki, Suriya müxalifəti "Cenevrə 2" konfransında iştiraka razılıq verib, lakin bir sıra şərtlər irəli sürüb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin jurnalistlərə bildirib ki, prinsipial olaraq Suriya müxalifəti şərtlərini irəli sürüb: "Onlar bir sıra bəyanatlar verdilər və konfransın çağırılması ilə bağlı bəzi şərtlər irəli sürdülər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti