...

Türkiyə Ermənistana etiraz notası verib

Siyasət Materials 2 Avqust 2013 15:40 (UTC +04:00)
Türkiyə Ermənistan-Türkiyə sərhədində türkiyəli çoban Mustafa Ülkərin erməni silahlıları tərəfindən öldürülməsi ilə bağlı Ermənistana etiraz notası verib.
Türkiyə Ermənistana etiraz notası verib

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Ermənistan-Türkiyə sərhədində türkiyəli çoban Mustafa Ülkərin erməni silahlıları tərəfindən öldürülməsi ilə bağlı Ermənistana etiraz notası verib. Bu barədə Trend "Hürriyyət" qəzetinə istnadən məlumat verir.

Xatırladaq ki, iyulun 31-də türkiyəli çoban Mustafa Ülkər Ermənistan hərbçilərinin açdığı atəşi nəticəsində yaralanıb və o, aldığı yaralardan vəfat edib.

Qeyd edək ki, çoban itmiş heyvanı axtararkən təsadüfən Ermənistan sərhədini keçib və erməni hərbçilər ona atəş açıblar. Daha sonra çoban saxlanılıb.

Qars vilayətinin Akkaya rayon administrasiyasının rəhbəri Osman Uğurlu bildirib ki, Türkiyə sərhəd batalyonu komandirinin Ermənistan tərəfi ilə apardığı danışıqlar nəticəsində Ülkərin meyiti Türkiyəyə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti