...

Mübariz Əhmədoğlu: Ermənistanın indiki yoluna yuvarlanması ermənipərəst Rusiya ekspertlərinin yaxından iştirakı ilə baş tutub

Siyasət Materials 6 Avqust 2013 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust / Trend müxbir M.Əliyev/

Ermənistanın Avropaya inteqrasiya və yaxud indiki antirusiya yoluna yuvarlanması ermənipərəst Rusiya ekspertlərinin yaxından iştirakı ilə baş tutub.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, "Regnum", Rusiya Strateji Tədqiqatlar İnstitutu, "REX İA", M.Kolerov, K.Zatulin, S.Tarasov, N.Krivopuskov, A.Zaxarov, M.Aleksandrov, A.Areşev, S.Markedonov əvvəldən Ermənistanın antirusiya siyasətinin tərkib hissəsi olublar.

"Ən azı, rəsmi Yerevan onlara bu qisimdə yanaşıb. Yuxarıda sadalanan qrup Ermənistan-Türkiyə sərhədlərinin açılmasına heç vaxt ardıcıl neqativ münasibət bildirməyiblər. Ermənistanın Türkiyə ilə sərhədləri açması onun Rusiyadan uzaqlaşıb, Qərbə keçməsi demək idi. Rəsmi Yerevanın əlində alət olan Rusiya strukturları və ekspertləri, Ermənistanda rus dilinə qarşı ən təhqirli kampaniya aparıldığı dövrdə tamam susmuşdular; heç bir reaksiya vermədilər. Bu qrup Rusiyanın Azərbaycana düşmən olması üçün əlindən gələn hər şeyi etdilər. Azərbaycanın Rusiya boyda düşmənə malik olması yalnız Ermənistanın maraqlarına uyğundur. Bu halda Ermənistan istədiyi qədər Azərbaycan torpaqlarını işğal altında saxlaya bilir", - o deyib.

Politoloq vurğulayıb ki, rəsmi Yerevanın əlində alət olan bu böyük ekspertlər ordusu Ermənistanın marağına uyğun gələndə NATO-nun da imicini qorumaqla məşğul idilər. Ramil Səfərovun ekstradisiyası və əfv olunması zamanı Rusiyadakı ermənipərəst ekspert ordusu məhz bu mövqedə dayandı: R.Səfərovun NATO tədbirində erməni zabitini öldürməsinin bir mənası da NATO-nun imicinin zədələnməsi anlamında idi. Ermənistanın sözü ilə, RF ekspertləri Azərbaycanı NATO-nun imicini zədələdiyi üçün cəzalandırmaq istəyirdilər.

"Yuxarıda adı sadalanan strukturlar və ekspertlər ermənipərəstlik etməsəydilər, bəlkə də Ermənistanın indiki antirusiyaçılığı baş tutmayacaqdı. Və ya həmin ekspertlər vaxtında Ermənistanın antirusiya siyasətinə "dur!" desəydilər, o ekspertlərin Ermənistanın antirusiya siyasətini dayandırmağa gücləri çatardı. Bunu etmədilər və nəticə göz qabağındadır. Amma Rusiya üçün daha faciəli nəticəni ehtimal etmək olar. Ermənistan Şimali Qafqazdakı məsələləri Avropa dövlətləri ilə müzakirə edib; Ermənistan SSRİ dağıldıqdan az sonra çeçenlərin müstəqilliyi ideyasının Qərb tərəfindən dəstəklənməsi istiqamətində xeyli işlər görüb; o zaman bütün bu işlər Ermənistan Prezident Aparatı tərəfindən koordinə edilirdi. Ermənistanın indi də Şimali Qafqaza yaxın, Rusiya ərazilərində (Stravrapol, Rostov) xeyli gücə malikdirlər. Ermənilər indinin özündə də Şimali Qafqazda və Dağıstanda müəyyən etniki qruplarla sıx əlaqəyə malikdirlər. Düzdür, ermənilərin bu əlaqələri antiazərbaycan mahiyyətlidir. Lakin qısa müddət ərzində bu birgə fəaliyyət digər istiqamətlərə də yönələ bilər. Suriya erməniləri tamamilə ABŞ-ın himayəsinə keçirlər. ABŞ onları himayəyə götürməklə bağlı niyyətini açıqladı. ABŞ-ın Suriya ermənilərinə himayə niyyətini həm ABŞ-dakı ermənilər, həm Ermənistan alqışladılar. Bu o deməkdir ki, Suriya prosesləri çox asanlıqla ermənilərin vasitəsilə Cənubi və Şimali Qafqaza, Stravropol və Rostova daşına bilər. Suriya ermənilərinin Şimali Qafqaza köçürülməsi ən çox gözlənilən məsələdir. ABŞ Suriyadakı proseslərin indiki mərhələsində Rusiyaya uduzur, amma bu vaxtadək uduzduğunu boynuna almayıb və böyük bir ərazidə qara dəlik yaratmaqla aradan çıxıb. Yaxın Şərqdən başlamış Şimali Qafqaz da daxil olmaqla, böyük bir ərazidə idarə olunan münaqişə yaratmaqla özünün uğursuzluğunu unutduracaq, eyni zamanda Rusiyanın da qələbə çalması gözə görünməyəcək. Rusiya SSRİ dağıldıqdan sonra ilk dəfədir ki, özü üçün müvəffəqiyyət qazana biləcəyi region yaradıb. Qərb Rusiyanın müvəffəqiyyət zonası yaratması ilə də barışmır. Bütün bu məsələlərdə ermənilərin mühüm rolu var. Son vaxtlar ABŞ-dakı ermənilər ABŞ-ın Qafqazda uğurlu siyasətindən bu siyasətə törədilən maneələrdən danışmağa başlayıblar. Bu, o deməkdir ki, SSRİ-nin dağılmasında ermənilərin oynadığı rol ABŞ tərəfindən yada salınıb", - o deyib.

Əhmədoğlu qeyd edib ki, indiki vəziyyətdə RF-də fəaliyyət göstərən ermənipərəst mətbu orqanlarının analitik qrupları və ekspertlərin ermənilərin Şimali Qafqazda oynaya biləcəyi dağıdıcı proseslərlə bağlı özlərinin rəsmi strukturlarına məlumat vermələridir. Əks təqdirdə indikindən qat-qat artıq məyus olacaqlar.

"Ermənilərin SSRİ zamanı Moskva metrosunda terror törətmələri,saxta pul kəsmələri, SSRİ-nin dağılmasının başlanmasında və davamında ən aparıcı fəaiyyətləri şübhələnənlərə cavab ola bilər.

Aİ və Ermənistan tərəfindən atılan addımlar Ermənistanın Aİ-nin Assosiativ üzvlük sazişinə qoşulmasının real olduğunu bunu deməyə əsas verir.

Ermənistan assosiativ müqaviləyə qoşulmayacağını heç vaxt təkzib etməyib:

Ermənistan parlamentinin spikeri və Ermənistanın xarici işlər naziri bütün müvafiq görüşlərdə Ermənistanın Assosiativ müqaviləyə üzv olacağını bildiriblər. Parlamentin spikeri O.Abramyan Ermənistanda avrointeqrasiya mövzusunun ruporuna çevrilib. Ermənistan prezidenti S.Sərkisyan münasib bildiyi vaxtlarda, münasib qaydada bu məsələyə münasibət bildirib;

Ermənistan hökuməti Gürcüstanla sərhəddə olan nəzarət-keçid məntəqələrinin rekonstruksiyasına başlamaq haqqında qərar qəbul etdi. RF FTX rəisi N.Patruşev ötən ay Yerevanda olarkən Ermənistanın dörd qonşusu ilə olan sərhədlərin təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunması məsələsini qaldırmışdı. Rəsmi Yerevan Gürcüstanla sərhəddəki nəzarət-keçid məntəqələrinin rekonstruksiyasına başlamaqla bağlı Rusiyanın təklifinə rədd, Aİ ilə əməkdaşlığa "bəli" cavab verdi", - o bildirib.

Mərkəz direktoru vurğulayıb ki, Suriya hadisələrinin Şimali Qafqaza keçməsi ilə bağlı fikirlər Ermənistanın əlavə fəaliyyəti və əlavə pul qazanması mövzusuna kifayət qədər aydınlıq gətirir. "Suriya erməniləri heç vaxt Rusiyanın planına uyğun hərəkət etməyiblər. RF həm dini, həm də rəsmi xətlə erməniləri bu işə qoşmaq istəsə də, təklifləri rədd olunub. ABŞ-da Suriya ermənilərinə yardım ayırmaq məsələsi müzakirə edildi. ABŞ-dakı erməni diasporunun təmsilçiləri bu müzakirələrdə iştirak və təqdir etdilər. Suriya ermənilərinə yardım ayırmaqla ABŞ onları antiəsəd və beləliklə antirusiya fəaliyyətə şirnikləşdirir. Rəsmi Yerevanın bu sxemdən xəbəri var və belə sxemin iştirakçısıdır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti