...

Misirdə baş verən hadisələr ilə əlaqədar Azərbaycan Prezidenti təlimat verib

Siyasət Materials 17 Avqust 2013 20:49 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Misirdə baş verən hadisələr ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinə təlimat verilib.
Misirdə baş verən  hadisələr ilə əlaqədar Azərbaycan Prezidenti təlimat verib

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Misirdə baş verən hadisələr ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinə təlimat verilib.

Məlumatda deyilir ki, Azərbaycan vətəndaşlarının təxliyyəsinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməkdədir.

Xatırladaq ki, Misir ordusu çərşənbə günü səhər saatlarından etibarən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb, son məlumatlara görə, ölənlərin sayı 129 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti