...

Azərbaycan və Yaponiya arasında hərbi əməkdaşlıq sazişi hazırlanacaq

Siyasət Materials 23 Avqust 2013 14:52 (UTC +04:00)
Azərbaycan və Yaponiya arasında ikitərəfli hərbi əməkdaşlıq sazişinin layihəsi üzərində işləmək barədə razılıq əldə olunub.
Azərbaycan və Yaponiya arasında hərbi əməkdaşlıq sazişi hazırlanacaq

Azərbaycan, Bakı, 23 avqust / Trend müxbir M.Əliyev/

Azərbaycan və Yaponiya arasında ikitərəfli hərbi əməkdaşlıq sazişinin layihəsi üzərində işləmək barədə razılıq əldə olunub.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü bildiriblər ki, bu barədə məsələ Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yaponiya müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini ilə görüşdə müzakirə olunub.

Görüşdə son illər Yaponiya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edən nazir Səfər Əbiyev hərbi sahədə də ikitərəfli əməkdaşlığın qurulmasının münasibətlərin dərinləşməsinə böyük töhvələr verəcəyini önə çəkib.

Azərbaycan-Yaponiya əməkdaşlığının vacibliyini vurğulayan Masahisa Sato Azərbaycan Silahlı Qüvvələrinin sülhyaratma missiyalarda iştirakının böyük əhəmiyyət daşıdığını bildirdi.

Görüşdə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti