...

İƏT-nin Gənclər Forumu Azərbaycanın birinci xanımını ad günü münasibətilə təbrik edir

Siyasət Materials 26 Avqust 2013 19:12 (UTC +04:00)
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İdarə Heyətinin adından Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın ünvanına onun doğum günü münasibəti ilə bağlı təbrik məktubu göndərib. Bu barədə Gənclər Forumunun məlumatında deyilir.
İƏT-nin Gənclər Forumu  Azərbaycanın birinci xanımını ad günü münasibətilə təbrik edir

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İdarə Heyətinin adından Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın ünvanına onun doğum günü münasibəti ilə bağlı təbrik məktubu göndərib. Bu barədə Gənclər Forumunun məlumatında deyilir.

Məktubda Mehriban xanım Əliyevanın ictimai və dövlət xadimi kimi xidmətləri göstərilmiş, onun mədəniyyətlərin dialoqu prossesindəki roluna dəyər verilmiş, eləcə də qeyd edilmişdir ki, nəinki müsəlman coğrafiyasında, eləcə də dünya miqyasında M.Əliyeva bir çox xanımlar üçün örnək ola bilər.

Məktubda Mehriban Əliyevanın Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəni irsin qorunması, Azərbaycanın dünyada müsbət imicinin formalaşması, dinlərin və mədəniyyətlərin dialoqu ideyasına sadiqliyi xüsusi vurğulanıb. DƏ-İKGF M.Əliyevanın "Sivilizasiyaların İttifaqı" beynəlxalq gənclər hərəkatına göstərdiyi dəstəyə dəyər verir, o cümlədən, Qlobal Gəncliyin İnkişafı sahəsində keçirilən ilk Forumda Birinci Səfir kimi iştirak etməsinə görə ona öz təşəkkürünü bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti