...

Ağ Ev Suriya ilə bağlı qəti qərarın qəbul olunmadığını təsdiqlədi

Siyasət Materials 27 Avqust 2013 22:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Suriyanın hakimiyyət ordusuna hərbi zərbələrin endirilməsilə bağlı qəti qərar qəbul olunmayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.

"Prezident administrasiyası ilə müzakirələri davam etdirir. Əgər hansısa qərar qəbul olunsa, əlavə məlumat veriləcək" - deyə Karni bildirib.

Xəbər lenti

Xəbər lenti