...

Litva hökuməti Prezidentə Macarıstan və Azərbaycandakı səfirlərin geri çağrılmasını təklif edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Avqust 2013 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend /

Litva hökuməti çərşənbə günü ölkə Prezidentinə Azərbaycan və Macarıstandakı səfirləri Arturas Jurauskas və Renatas Yuşkanın geri çağrılması barədə qərarın qəbul edilməsini təklif edib.

Səfirləri sentyabrın 30-dan öz vəzifələrindən geri çağırmaq təklif olunur.

Səfirlərlə bağlı qəbul edilən qərarı Baş nazirin mətbuat katibi Evelina Butkute-Lazdauskene də "BNS" agentliyinə təsdiqləyib.

Litva Konstitusiyasına əsasən, Prezident səfirləri hökumətin müvafiq təqdimatı əsasında geri çağıra bilər.

Qeyd edək ki, iyulun 8-də "YouTube" video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib. Söhbətin "Şərq Tərəfdaşlığı" proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti