...

Türkiyə HHQ Suriyada mümkün hərbi əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib

Siyasət Materials 28 Avqust 2013 17:52 (UTC +04:00)
Qərbin Suriyada keçirəcəyi mümkün hərbi əməliyyatlar fonunda Türkiyə Türkiyənin Hərbi Hava Qüvvələrlərinin (HHQ) qırıcıları tam döyüş hazırlığı vəziyyətinə gətirilirlər.
Türkiyə HHQ Suriyada mümkün hərbi əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A.Tağıyeva/

Qərbin Suriyada keçirəcəyi mümkün hərbi əməliyyatlar fonunda Türkiyənin Hərbi Hava Qüvvələrlərinin (HHQ) qırıcıları tam döyüş hazırlığı vəziyyətinə gətirilirlər. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən bildirir.

Qəzetin məlumatına görə, iyirmiyə yaxın F-16 tipli qırıcı təyyarə ölkənin müxtəlif bazalarından Türkiyə-Suriya sərhədi yaxınlığında yerləşən Diyərbakır vilayətində yerləşən Türkiyənin HHQ bazasına uçub.

Bundan əlavə Suriyada mümkün hərbi əməliyyatlarla əlaqədar Türkiyə qırıcıları Suriya sərhədi yaxınlığında təlim keçirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti