Azərbaycan, Bakı, 30 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir: "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Qırğızıstan xalqını milli bayram - Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, dərin tarixi köklərə malik olan Azərbaycan-Qırğızıstan münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir".
Dövlət başçısı sonda qırğızıstanlı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Qırğızıstan xalqına firavanlıq və tərəqqi diləyib.