...

Azərbaycan HDQ-nin gəmiləri ilk dəfə qeyri-rəsmi səfərlə Həştərxana gələcəklər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Sentyabr 2013 12:40 (UTC +04:00)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri ilk dəfə qeyri-rəsmi səfərlə Həştərxana gələcəklər.
Azərbaycan HDQ-nin gəmiləri ilk dəfə qeyri-rəsmi səfərlə Həştərxana gələcəklər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend /

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri ilk dəfə qeyri-rəsmi səfərlə Rusiyanın Həştərxan şəhərinə gələcəklər. Trend-in məlumatına görə, bu barədə "İtar-Tass" agentliyinə açıqlamasında Xəzər Flotiliyasının komandan müavini, birinci dərəcəli kapitan Aleksandr Proxorov bildirib.

O deyib: "Azərbaycan HDQ-nin gəmiləri artıq Bakı limanını tərk ediblər. Hazırda onları bizim kiçik artilleriya gəmimiz "Volqodonsk" müşayiət edir. Çərşənbə günü qonaqlar Həştərxan limanına gələcəklər".

Həştərxana üç hərbi gəmi gələcək ki, onlar arasında 159 A layihəli gözətçi gəmisi və 888 layihəli idarəetmə gəmisi daxildir. Dəstəyə Azərbaycan HDQ komandanı, vitse-admiral Sultanov Şahin Əşrəf oğlu rəhbərlik edir.

Cənub hərbi dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, birgünlük səfər proqramında azərbaycanlı qonaqların Xəzər Flotiliyasının Komandanlığı və Həştərxan vilayətinin rəhbərliyi ilə görüşü nəzərdə tutulub. Dənizçilər, həmçinin "Əbədi Məşəl"i və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.

Bundan əlavə iki saat ərzində Azərbaycan HDQ gəmiləri arzu edənlər üçün "qapı"ları açacaq, fotoşəkil çəkmək və gəminin otaqlarına baxmaq mümkün olacaq.

Xəzər Flotiliyasının nümayəndələri bir neçə dəfə Azərbaycana səfər ediblər. Bu ilin avqustunda "Dağıstan" raketdaşıyan və "Volqodonsk" kiçik artilleriya gəmiləri Bakıda olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti