...

Rusiya və Ermənistan prezidentləri əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq niyyətindədirlər

Siyasət Materials 3 Sentyabr 2013 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan ikitərəfli münsabitlərin artan inkişafına baxmayaraq, əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq niyyətindədirlər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

V.Putin yüksək səviyyədə keçirilən danışıqlar zamanı xatırladıb ki, bu, artıq Sarkisyanın Moskvaya ikinci səfəridir.

Rusiya lideri bildirib: "Mən çox şadam ki, əlaqələrimiz belə intensiv inkişaf edir, bütün istiqamətlər - parlament, hökumət, biznes strukturları xətti üzrə tez-tez təmaslar olur".

V.Putun qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsinin artımı 23 faizi ötür: "Rusiya Ermənistanın ən öndə gedən ticari-iqtisadi tərəfdaşıdır. Bu tendensiyalar saxlanılır".

S. Sarkisyan isə deyib ki, iki ölkənin münasibətləri hər iki xalqın qədim dostluq və qardaşlıq ənənələrinə söykənir: "Əminəm ki, bu münasibətlər bundan sonra da dostluq, əməkdaşlıq və anlaşma haqqında müqaviləyə əsasən qarşılıqlı anlaşma məcrasında inkişaf edəcək".

S.Sarkisyan qeyd edib ki, Ermənistan bu münasibətləri yüksək dəyərləndirir və əlaqələrin inkişafı üçün hər şey edəcək: "Bu, bizim üçün prioritetdir. Bununla yanaşı, münasibətlərimizin daha yüksək səviyyəyə çatması üçün bəzi məsələləri həll etmək lazımdır. Bu məqsədlə də Moskvaya gəlmişəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti