...

Həştərxanın qubernatoru Azərbaycan hərbi gəmisinin fəxri qonağı olub

Siyasət Materials 5 Sentyabr 2013 10:39 (UTC +04:00)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəmilərinin dəstəsi ötən gün qeyri-rəsmi səfərlə Həştərxana gəlib.
Həştərxanın qubernatoru Azərbaycan hərbi gəmisinin fəxri qonağı olub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend /

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəmilərinin dəstəsi ötən gün qeyri-rəsmi səfərlə Həştərxana gəlib. Bu barədə Həştərxan vilayətinin qubernatorunun saytında bildirilir.
Dəstənin komandanı vitse-admiral Şahin Sultanov vilayətin qubernatoru Aleksandr Jilkinlə görüşüb, sonra regionun rəhbərini idarəetmə gəmisinin göyərtəsinə dəvət edib və fəxri qonaqlar üçün "Xatirə kitabı"na qeydlər etməyi təklif edib.

Azərbaycan HDQ hərbi gəmilərinin Həştərxana gəlişi cavab xarakterlidir. Bu ilin avqustunda "Dağıstan" raketdaşıyan və "Volqodonsk" kiçik artilleriya gəmiləri Bakıda olublar. Həmin vaxt baş gəminin göyərtəsinə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin qalxmışdılar.

Həştarxan qubernatoru ilə görüşdə həmin hadisəni xatırlayan Sultanov bildirib: "Bu, bizim üçün böyük şərəfdir".

Jilkin qonaqları salamlayaraq vurğulayıb ki, "hər iki ölkə və prezidentlər arasında dostluq əlaqələrini nəzərə alaraq ona belə bir səfərin baş tutması ikiqat xoşdur". Həştərxan və Bakı arasında əlaqələrin dinamik inkişafını vurğulayan qubernator Azərbaycan diasporunun regiondakı fəaliyyətini yüksək qiymətləndirib.

Aleksandr Jilkin Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən obyektlər - Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəb və Sahilyanı Privoljsk körfəzi ilə Həştarxanın əsas sahilini birləşdirən körpü haqqında danışan Jilkin bildirib: "Mən hesab edirəm ki, siz artıq məktəb və körpü ilə tanış olmusunuz".

Aleksandr Jilkin bildirib ki, o, noyabrda "Bakı və Həştərxan Dostluq Parkı"nın açılması ilə əlaqədar Azərbaycana səfər edəcək. Bundan əlavə, iki ölkə arasında humanitar əlaqələr də fəal şəkildə inkişaf edir. Belə ki, Azərbaycanın incəsənət məktəblərində olan gənc virtuoz-skripkaçılar Həştərxanda yay uşaq incənət düşərgəsində olublar. Oktyabrın ilk günlərində isə Həştərxan gənclərin qatılacağı Rusiya-Azərbaycan forumunun paytaxtı olacaq.

Çərşənbə günü axşam saatlarında Azərbaycan HDQ gəmiləri vətənə geri qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti