...

İran Prezidenti yəhudiləri təbrik edib

Siyasət Materials 6 Sentyabr 2013 10:19 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani İranda yaşayan kəlimiləri (yəhudiləri) və dünya yəhudilərini "Roş-Ha-Şana" (yəhudilərin Yeni ili) bayramı münasibətilə təbrik edib.
İran Prezidenti yəhudiləri təbrik edib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Həsən Ruhani İranda yaşayan kəlimiləri (yəhudiləri) və dünya yəhudilərini "Roş-Ha-Şana" (yəhudilərin Yeni ili) bayramı münasibətilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə "Asriran" xəbər saytı İran Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

İran KİV-lərinin məlumatına görə, hazırda bu ölkədə 10 min nəfərdən çox yəhudi yaşayır. Onlar dini azlıq kimi parlamentdə də təmsil olunurlar.

Hər il 4-5 sentyabr tarixində dünya yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti