...

Obamanın məsləhətçisi: Suriyaya zərbə növbəti müharibəyə çevrilməyəcək

Siyasət Materials 10 Sentyabr 2013 03:09 (UTC +04:00)
ABŞ-ın Suriyaya qarşı hər hansı hərbi fəaliyyəti növbəti müharibəyə çevrilməyəcək. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syüzan Rays deyib.
Obamanın məsləhətçisi: Suriyaya zərbə növbəti müharibəyə çevrilməyəcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

ABŞ-ın Suriyaya qarşı hər hansı hərbi fəaliyyəti növbəti müharibəyə çevrilməyəcək. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syüzan Rays deyib.

Rays hesab edir ki, Suriya rejimi öz xalqına qarşı kimyəvi silahdan istifadə edib və bu, İsrail də daxil olmaqla, region ölkələrinə təhlükə yaradır.

O, bildirib ki, Obama administrasiyasının və ABŞ-ın müttəfiqlərinin Bəşər Əsədin təkrar kimyəvi silahdan istifadəsinin qarşısını almaq üçün başqa imkanı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti