...

Səxavət Əlisoy: ALP-nin Müsavat Partiyası ilə hər hansı bir məsələdə bərabər çəkidə iştirak etməsi ağılasığan deyil

Siyasət Materials 10 Sentyabr 2013 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Liberal Partiyasının Müsavat Partiyası ilə hər hansı bir məsələdə bərabər çəkidə, bərabər səviyyədə iştirak etməsini iddia etmək ağlasığan söhbət deyil. Bunu Trend-ə Milli Şurada təmsil olunan Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, Azərbaycanda ictimai rəyi müəyyən edən düzgün, obtyektiv hər hansı bir mexanizm olsaydı, ALP sədri Əvəz Temirxan ALP-nin çəkisinin nə boyda olduğunu dərk edib, təhlil edib, obyektiv yanaşıb, öz çəkisini bildiyinə görə, öz çəkisi səviyyəsində çıxış edərdi: "Yəni bu gün ALP-nin Müsavat Partiyası ilə hər hansı bir məsələdə bərabər çəkidə iştirak etməsini iddia etmək ağlasığan deyil".

S.Əlisoy bildirib ki, tək ALP deyil, digər bir qovluqdan beş nəfərdən ibarət olan partiyalar var ki, onlarda özlərini çox böyük aparırlar: "O ki qaldı Liberal Partiyasına, mən burada xüsusi bir məsələni qeyd etmək istəyirəm. Mənim Əvəz Temirxanla da münasibətim normaldır, Lalə Şövkətə də münasibətim var. Amma bir şeyi demək istəyirəm. Əgər kimlərisə bəyənmirsinizsə, milli qüvvələrə münasibətiniz normal deyilsə, yuxarıdan aşağı münasibət bəsləyirsinizsə, buyurun çıxın ortaya, milləti öz ətrafınızda toplayın, bütün məsuliyyəti, cəsarəti götürün üzərinizə, bəyənmədiklərinizi çəkin ortadan, özünüz bir siyasi lider kimi seçkiyə gedin, biz də sizə uğur diliyək. Qarşılıqlı şər kampaniyasındansa, belə bir cəsarətli addım atmaq daha yaxşıdır".

S.Əlisoy əlavə edib ki, Milli Şurada təmsil olunan partiyaların bir-birlərinə münasibətlərini, yeri gəldikcə bir-birlərinə badalaq vurmalarını, bir-birilərini aşağılamalarını normal qarşılayır. Onun fikrincə, tək Milli Şurada deyil, digər birliklərdə, digər qurumlarda da anormallıqların olması hələ uzun illər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti