...

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidentini təbrik edib

Siyasət Materials 11 Sentyabr 2013 15:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Baxa təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidentini təbrik edib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Baxa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Bu məsul vəzifəyə seçkilərdə qazandığınız dəstək beynəlxalq idman ictimaiyyəti tərəfindən Sizə böyük etimadın ifadəsi, Olimpiya hərəkatının inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluq hissi ilə qeyd etmək istərdim. İnanıram ki, Olimpiya ideallarının təntənəsi naminə əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti