...

Fransa erməniləri "Türk Hava Yolları"nın "Marsel" klubunun sponsorluğuna etiraz edirlər

Siyasət Materials 11 Sentyabr 2013 15:49 (UTC +04:00)
Fransanın Marsel şəhərinin erməni diasporu "Türk Hava Yolları" şirkətinin "Olimpik Marsel" futbol klubuna sponsorluq etməsi ilə əlaqədar etiraz aksiyası keçirir.
Fransa erməniləri "Türk Hava Yolları"nın "Marsel" klubunun sponsorluğuna etiraz edirlər

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Fransanın Marsel şəhərinin erməni diasporu "Türk Hava Yolları" şirkətinin "Olimpik Marsel" futbol klubuna sponsorluq etməsi ilə əlaqədar etiraz aksiyası keçirir. Bu barədə Trend Türkiyənin "Doğan" agentliyinə istinadən məlumat verir.

Erməni Assosiasiyasının Koordinasiya Şurası "Türk Hava Yolları"nın "Olimpik Marsel" klubuna sponsorluğunu tənqid edən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Marsel şəhəri erməni diasporunun paytaxtıdır və bu şəhəri təmsil edən futbol klubuna Türkiyə və Azərbaycan şirkətləri tərəfindən sponsurluq edilməsi yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti