...

MSK prezident seçkiləri ilə bağlı trenerlər üçün treninq keçirib

Siyasət Materials 18 Sentyabr 2013 13:07 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən trenerlər üçün treninq keçirilib.
MSK prezident seçkiləri ilə bağlı trenerlər üçün treninq keçirib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən trenerlər üçün treninq keçirilib.

Trend-in məlumatına görə, MSK-nın trenerləri üçün seçki günü məntəqə komissiyalarının rolu və vəzifələri, prosedur və müstəsna hallar, təcrübi tapşırıqlar, səslərin sayılmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin sayılması, yekun protokolun doldurulması və digər mövzular üzrə treninq keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, trenerlərin peşəkarlağı və yüksək biliklərə malik olmaları seçkilərin daha yüksək səviyyədə keçirilməsində mühüm rol oynayır: "Azərbaycanda seçkilərin keyfiyyəti ildən-ilə dəyişir və ən müasir standartlara uyğunlaşdırılır. Bunun da əsas səbəbi MSK-nın praktik seçki təcrübəsinin artırılmasıdır".

N.Məmmədov trenerlərin məsuliyyətindən danışaraq qeyd edib ki, seçicilərin öz seçki hüquqlarını reallaşdırmasında trenerlərin üzərinə məsuliyyət düşür: "Səsvermə günü seçki məntəqələrində bu fəaliyyətin qurulması trenerlərin üzərinizə böyük məsuliyyət qoyur. Trenerlərlə birgə fəaliyyətimiz seçkilərin azad şəkildə keçirilməsinə və səslərin hesablanmasına gətirib çıxarır".

N.Məmmədov əlavə edib ki, bu cür treninqlərin keçirilməsinin effektləri seçki günü açıq görünməkdədir: "Əvvəlki illərə nisbətən bu il ölkədə keçiriləcək seçkilərdə maarifləndirmə tədbirləri daha da artıb. Seçicilərin və təşkilatçıların maarifləndirilməsi üçün əyani vəsaitlərin sayı artıb. Hesab edirik ki, bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti