...

İranda hərbi parad keçiriləcək

Siyasət Materials 21 Sentyabr 2013 09:24 (UTC +04:00)
İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə bazaar günü hərbi parad keçiriləcək.
İranda  hərbi parad keçiriləcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Cəfərov/
İranda "Müqəddəs müdafiə" həftəsi münasibətilə bazaar günü hərbi parad keçiriləcək. Bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin rəhbəri Ramazan Şərif deyib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, hərbi parad İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək.
Şərif deyib ki, paradın keçirilməsindən məqsəd İranın hərbi sahədə gücünün nümayiş etdirilməsdir. "Parad paytaxt Tehranla yanaşı həmçinin İranın bütün şəhərlərində təşkil olunacaq", -deyə Şərif bildirib.
Məlumata əsasən, Parad Tehranda İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunacaq. Paradı İran prezidenti Həsən Ruhani, İranın yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi ateşeləri izləyəcəklər.
Paradda İranın hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunacaq.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti