...

Beşiktaş-Qalatasaray matçında qarşıdurma baş verib

Siyasət Materials 23 Sentyabr 2013 00:23 (UTC +04:00)
Türkiyədə Beşiktaş-Qalatasaray matçının uzatma dəqiqələrində qarşıdurma baş verib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Qalatasarayın 2-1 hesabı ilə üstün olduğu oyunun davam etdiyi vaxtda 90+2-ci dəqiqəsində Felipe Melonun qızmızı kart alması tribunalardakı azarkeşləri hərəkətə gətirib.
Beşiktaş-Qalatasaray matçında qarşıdurma baş verib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Türkiyədə Beşiktaş-Qalatasaray matçının uzatma dəqiqələrində qarşıdurma baş verib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Qalatasarayın 2-1 hesabı ilə üstün olduğu oyunun davam etdiyi vaxtda 90+2-ci dəqiqəsində Felipe Melonun qızmızı kart alması tribunalardakı azarkeşləri hərəkətə gətirib.

Müdafiə kartonu arxasındakı bir qrup "qara-ağ"lar futbol meydançasına daxil olublar. Onlar "Hər yer Taksim, hər yer dirəniş" deyə çağırışlar edərək əllərindəki oturacaqları mühafizə dəstələrinə atıblar.

Bundan sonra mühafizə dəstələri qarşıdurmanın qarşısını almaq üçün fəaliyyətə başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti