...

Azərbaycanın rabitə müəssisələri prezident seçkisi ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcəklər

Siyasət Materials 27 Sentyabr 2013 12:31 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri oktyabrın 1-dən 13-ə kimi gücləndirilmiş iş rejimində işləyəcəklər.
Azərbaycanın rabitə müəssisələri prezident seçkisi ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcəklər

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri oktyabrın 1-dən 13-ə kimi gücləndirilmiş iş rejimində işləyəcəklər. Trend xəbər verir ki, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı bildirib.

Onun sözlərinə görə, fiber-oprik kabellərin, digər qurğuların mühafizəsi, rabitə sisteminin stabil işləməsi üçün ciddi təhlükəsizlik tədbirləri görülür.

Nazir müavini onu da əlavə edib ki, oktyabrın 9-da, səsvermə günü bütün poçt və rabitə müəssisələri seçki prosesi tam bitənədək fəaliyyət göstərəcəklər. Əgər hər hansı əlahiddə fövqəladə hal yaranarsa, məlumatları həmin müəssisələr vasitəsilə də əldə etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti