...

Elmar Məmmədyarov iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib

Siyasət Materials 28 Sentyabr 2013 12:06 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məhəmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Elmar Məmmədyarov iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın xarici işlər naziri Elmar Məhəmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Trend "Fars" agentliyinə istinadən məlumat verir ki, görüşdə nazirlər Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin, eləcə də regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

E.Məmmədyarov iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşdə, həmçinin yaxın gələcəkdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının gündəliyi müzakirə olunub.

Bundan başqa, iki ölkə arasında enerji, yükdaşıma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Hökumətlərarası Komissiyanın növbəti iclasınadək ekspert və işçi qruplarının müzakirələrinin intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti