...

AXCP-nin gənc üzvü partiyadan çıxarılmasını istəyib

Siyasət Materials 3 Oktyabr 2013 15:31 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər təşkilatının üzvü Daşqın Məlikov partiya sıralarından çıxarılmasını istəyib.
AXCP-nin gənc üzvü partiyadan çıxarılmasını istəyib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər təşkilatının üzvü Daşqın Məlikov partiya sıralarından çıxarılmasını istəyib.

Trend-in məlumatına görə, bununla bağlı D.Məlikov AXCP sədri Əli Kərimliyə müraciət ünvanlayıb.

D.Məlikov müraciətində onun partiyadan çıxarılmasını istəyib: "Yazıb sizə bildirirəm ki, bu gündən mənim partiyanızın üzvlüyündən çıxarılmağıma göstəriş verəsiniz. Əlavə olaraq bildirmək istəyirəm ki, "Azadlıq" qəzetindən fotoşəklimi çıxarasınız və vicdan məhbusu adlandırmayasınız. Bu mənim öz istəyimdir".

O, bu gün respublikamızda gedən inkişafı gördüyünü qeyd edib: "Cənab Prezident İlham Əliyevin siyasətini görürəm, dəstəkləyirəm, bəyənirəm, ona görə də xahiş edirəm ki, məni müxalifyönlü AXCP-dən çıxarasınız. Partiyanın, yəni AXCP-nin digər üzvlərinə bildirmək istəyirəm ki, bu mənim öz fikrimdir. Qarşıdan gələn prezident seçkilərində də Əliyev İlham Heydər oğlunu dəstəkləyəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti